KORPORATİV ƏMƏKDAŞLIQ
Korporativ müştəri xidməti fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Korporantın əməkdaşları üçün işgüzar səfərlərdən tutmuş hər zövqə uyğun istirahətin təşkilinə qədər turizm xidmətlərinin tam spektrini göstərmə imkanına malik olmaqla yanaşı, şirkətimiz korporativ tədbirlərin təşkili xidmətlərini də təklif edir. Korporantımızın arzu və istəklərini diqqətlə öyrənərək, biz onun şərtlərinə (iş vaxtı, qiymət təklifləri, qarşılıqlı hesablaşma, hesabatların hazırlanması və təqdim edilməsi və) asanlıqla uyğunlaşırıq və müştərimizin həmin xidmətlərin təşkili üzrə xüsusi şöbəsi kimi fəaliyyət göstəririk.
• PEŞƏKARLIQ
Xüsusi olaraq yaradılmış korporativ şöbəmizdə daşımaların satışı və turizm üzrə ən azı üç il iş təcrübəsinə malik peşəkar menecerlər işləyir. Onlar məhz qiymət və keyfiyyət prinsipinə ciddi riayət edərək, marşrutların optimallaşdırılması və ən yaxşı otellərin seçimi ilə məşğul olurlar;
• "İSTİFADƏYƏ HAZIR" XİDMƏTLƏR
Şöbədə aviabiletlər, turizm, viza dəstəyi və s. xidmətlər üzrə çalışan mütəxəssislər ən optimal uçuş marşrutunun seçilməsi, transferlərin təşkili, VIP zal xidmətləri və digər hava limanı xidmətlərinin göstərilməsi, otellərdə, eləcə də istənilən ünvanda yerləşən istənilən kateqoriyalı mənzillərdə yerləşdirmə sahəsində korporantlara müxtəlif xidmətlərin tam spektrini təklif edir;
• FƏRDİ YANAŞMA
Hər bir korporanta onun tələb və istəklərinə uyğun olaraq konkret menecer tərəfindən xidmət göstərilir, ona əməkdaşlarının səfərlərinin əsas istiqamətləri, büdcə və müvafiq yerləşdirmə, həmçinin uçuşun kateqoriyası haqqında ətraflı məlumat verilir. Korporativ müştərimizi bir dəfə öyrənməklə, biz artıq sual vermədən onun tələblərinə uyğun olan təkliflər təqdim edirik;
AİR TRAVEL-DƏN VİZA DƏSTƏYİ
AİR TRAVEL sizlər üçün Viza dəstəyi xidmətini təklif edir. Təcrübəli mütəxəssizlərimiz sizə , dünyanın istənilən ölkəsinə , əsasən Avropa və Asiya bölgəsinə vizaların alınmasında yardımçı ola bilərlər.
• OFİS VƏ NÜMAYƏNDƏLİKLƏRİN GENİŞ ŞƏBƏKƏSİ
Azərbaycanda və xaricdə bir çox ofis, filial və nümayəndəliyə malik olaraq, biz demək olar ki, korporativ müştərimizin təmsil olunduğu hər yerdə mövcuduq və yaranmış problemləri həll etmək imkanına malikik, bu isə, öz növbəsində, tərəfimizdən göstərilən xidmətlərin etibarlılığını daha da artırır;
• ETİBARLI VƏ GÜCLÜ TƏRƏFDAŞLARLA ƏMƏKDAŞLIQ
Biz müxtəlif bazarlarda hər biri öz seqmentində lider olan və zamanın sınağından keçmiş ən güclü tərəfdaşlarla əməkdaşlıq edirik. Bunlar “GTA”, “Kuoni”, “Travco”, “GoGlobal” kimi dünyanın aparıcı aviaşirkətləri və turizm xidmətlərinin təminatçılarıdır. Tətbiq etdiyimiz ən son texnologiyalar bizə ən nəhəng şirkətlərin təkliflərini müqayisə edib uyğun variantı seçmək imkanı verir;
• AYDIN VƏ ŞƏFFAF QARŞILIQLI HESABLAŞMA SİSTEMİ
Göstərdiyimiz xidmətlərə görə ödənişlər nağd şəkildə, bank köçürməsi, həmçinin mövcud ödəniş sistemlərindən istifadə etməklə kredit kartı vasitəsilə həyata keçirilə bilər. Tətbiq etdiyimiz avtomatik qarşılıqlı hesablaşma sistemləri şirkətlərimiz arasında balansı istənilən vaxt yoxlamağa imkan verir. Maliyyə hesabatlarının lazımi formatda və tələb olunan müddət ərzində tərəfimizdən hazırlanaraq sizə təqdim edilməsi isə maliyyə şöbənizin işini bir xeyli asanlaşdırmağa imkan verəcək.

Paylaş:
PARTNYORLAR