ŞİRKƏT HAQQINDA

Bu gün “AİR TRAVEL” şirkəti turizmdə çoxsahəli fəaliyyət dairəsinə malikdir.

“AİR TRAVEL” 2013-ci ildə təsis edildiyi gündən bu günə xidmətlərinin keyfiyyəti, səyahət və turizmə yenilikçi baxışı və turistlər və işgüzar səfər üçün səyahət edən iş adamlarının yaxından hiss etdiyi etibarlı xidmət ilə yadda qalmışdır.
Hal-hazırda “AİR TRAVEL” şirkəti müştərilərinə həm Avstriya, İtaliya, Fransa, Yunanıstan, Türkiyə, İspaniya, BƏƏ, Hindistan, İsveçrəyə klassik turlar, həm də Bali adası, Keniya. Sentoza, Mavriki, Qoa kimi ekzotik yerlərə səfərlər təklif etməyə hazırdır.
Macarıstan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Çexiyanın sanatoriya və kurortları “AİR TRAVEL” şirkətinin müştəriləri tərəfindən xüsusi rəğbətlə qarşılanır.


Ən əsası odur ki, insanların səyahət etmək arzusu tükənməzdir. Yeni şeylər öyrənmək həvəsi sonsuzdur.
Başqa mədəniyyətlərlə tanışlıq, bir-birinə açıqlıq və canlı ünsiyyət, güclü təəssüratlar, unudulmaz rəng, dad, ətir duyğuları və emosiyalar seli müştərilərin istənilən arzusunu nəzərə alan “AİR TRAVEL” şirkəti bütün bunları təqdim etməyə hazırdır.

Paylaş:
PARTNYORLAR