Kempinski Hotel-Badamdar


Kempinski Hotel-BadamdarBakı "Kempinski Hotel-Badamdar" kompleksi - Bakı şəhərində yerləşən otel

Ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. "Gilan-İnşaat" MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılmışdır.

Kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir.

Otel
Kompleksin birinci mərhələsi – otel binasında ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Oteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edir.

Otelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır.

Kompleks Kempinski otellər şəbəkəsinə daxildir.

Mənzil,ofis və alış-veriş mərkəzi

Kompleksin 14 mərtəbəli binasında ailəsi ilə bərabər istirahət etmək istəyən müştərilər üçün 37 mənzil vardır. Mənzillər hər bir ailənin yüksək səviyyədə istirahəti üçün bütün məişət avadanlığı ilə təchiz edilmişdir. Bundan başqa ziyafət, iclas-konsert zalları, görüş və ofis otaqları ən son texnologiyalarla təmin olunmuşdur.

"Kempinski Hotel-Badamdar" kompleksinin alış-veriş və əyləncə mərkəzinin üçmərtəbəli mağazalar sahəsi ən yüksək tələblərə cavab verir.

Kompleksin rəmzi açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2 iyul 2011-ci ildə keçirilib.

Kempinski Hotel-BadamdarKempinski Hotel-BadamdarKempinski Hotel-BadamdarKempinski Hotel-Badamdar

Paylaş:




PARTNYORLAR

X
SİZƏ ZƏNG ETMƏYİMİZ ÜÇÜN NÖMRƏNİZİ QEYD EDİN



x

SORĞU GÖNDƏRİLDİ

Sizin sorğunuz göndərildi.Menecerimiz çox yaxın zaman da sizinlə əlaqə yaradacaq!


Bizi seçdiyiniz üçün təşəkkür edirik!