BUDAPEŞT-VYANA TURU


BUDAPEŞT-VYANA TURU439$
Qiymətə daxildir: Aviabilet
Otel
Səhər yeməyi , siğorta ,viza dəstəyi+daxili biletlər
Səyahət tarixləri 14-20 NOYABR
Əlaqə telefonları: (+994 12) 498 75 87
(+994 12) 498 75 97
(+994 51) 511 01 08
(+994 55) 507 01 08


Qeyd: Qiymət 2 nəfərlik otaqda qalmaq şərtilə bir nəfər üçün hesablanmışdır. Yerlər məhduddur , tələsin!!!

Budapeşt Macarıstanın paytaxtı. Budapeşt 1873-cü ildə Dunay çayının şərqində yerləşən Peşt, qərbində yerləşən Buda və Obuda şəhərlərin birləşməsindən yaranıb.
Budapeştdə bütün şəhər nəqliyyat növləri (metro, tramvay, trolleybus, avtobus, şəhərətrafı elektrik qatarları) "BKV" adlanan qurumun nəzarətindədir və vahid nəqliyyat şəbəkəsi mövcuddur. Bu isə nəqliyyatın daha asan idarə olunması və onlayn təchizatının qurulması üçün çox əlverişlidir.

Vyana (alm. Wien)Avstriyanın paytaxtı və ən böyük şəhəri, eyni zamanda ölkənin 9 əyalətindən sahə baxımından ən kiçiyi. Təxminən 1 650 000 nəfərlik əhalisi ilə ölkənin ən sıx şəhəridir. Ətraf bölgələri ilə birlikdə Vyanada təxminən 2 milyon insan yaşayır ki, bu da Avstriya əhalisinin təxminən dörddə biridir. Əhali baxımından Vyana Avropa İttifaqının ən böyük onuncu şəhəridir. Vyana Birləşmiş Millətlər Təşkilatının dörd rəsmi mərkəz nümayəndəliyindən birinə malikdir. Şəhərdə olan digər əhəmiyyətli beynəlxalq quruluşlar OPEK, ATƏT və Beynəlxalq Atom Enerjisi Agentliyidir.

Əsrlər boyu Havsburqlar sülaləsinin məskunlaşma yeri olan şəhər, bu müddət boyunca Avropanın mədəni və siyasi mərkəzlərindən birinə çevrilmişdir. Şəhər London, Nyu-York və Parisdən sonra iki milyon əhalisiylə dünyanın ən böyük dördüncü şəhəri olsa da, Birinci dünya müharibəsindən sonra əhalisinin dörddə birini itirmişdir. Hələ də Havsburq xanədanının izlərini daşıyan köhnə şəhər mərkəzi və Şönbrun sarayı YUNESKO tərəfindən dünya mədəniyyət mirası olaraq qəbul edilmişdir. Vyananın simvolu olan Stefan kilsəsi şəhərin mərkəzində yerləşir.

BUDAPEŞT-VYANA TURUBUDAPEŞT-VYANA TURUBUDAPEŞT-VYANA TURUBUDAPEŞT-VYANA TURUBUDAPEŞT-VYANA TURUBUDAPEŞT-VYANA TURUBUDAPEŞT-VYANA TURUBUDAPEŞT-VYANA TURU

Paylaş:




PARTNYORLAR

X
SİZƏ ZƏNG ETMƏYİMİZ ÜÇÜN NÖMRƏNİZİ QEYD EDİN



x

SORĞU GÖNDƏRİLDİ

Sizin sorğunuz göndərildi.Menecerimiz çox yaxın zaman da sizinlə əlaqə yaradacaq!


Bizi seçdiyiniz üçün təşəkkür edirik!