SƏYAHƏT SIĞORTASI


İstirahəti mənalı keçirmək, il ərzində yığılan yorğunluğu tam çıxartmaq, mənfi enerjidən azad olmaq, səfəri maraqlı keçirmək hər birimizin səfər qabağı xəyallarında canlandırdığı bir arzudur. Bu zaman biz ilk növbədə təhlükəsizliyimiz haqda da düşünməliyik. Məhz Sığorta Şirkəti Sizin harada olmağınızdan asılı olmayaraq, bütün dünyada təhlükəsizliyinizi qoruyur və buna zəmanət verir.

SƏYAHƏT SIĞORTASI


SIĞORTA TƏMİNATI

• Azərbaycan respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortasi
• Fərdi qəza sığortası
• Xaricə səfər zamanı baqajin sığortası
• Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası
• Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası
• Xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası
.
SİZİN ARXAYIN SƏYAHƏTİNİZ BİZİM TƏMİNATIMIZ ALTINDADIR!

“Sığorta” şirkəti səyahət edən şəxslərə beynəlxalq tibbi sığorta şəhadətnaməsini əldə etməyi təklif edir. Bu şəhadətnamə “Inter Partner Assistance” beynəlxalq assistant şirkətinin dəstəyi ilə təmin edilmişdir.

Səfər sığortası şəhadətnaməsi, xarici ölkələrə səfər edən fərdi şəxslər və turizm şirkətlərinin müştəriləri, ailəvi istirahət etməyə üstünlük verənlər və işgüzar insanlar üçün nəzərdə tutulmuşdur. Aktiv istirahət həvəskarları və idmanın təhlükəli növləri ilə məşğul olan peşəkarlar üçün isə xüsusi tariflərlə sığorta proqramı təklif edirik.

Sığorta şəhadətnaməsi, dünyanın hər hansı bir ölkəsində səfər edərkən, baş verən qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı bütün tibbi yardımın göstərilməsinə və tibbi xərclərin ödənilməsinə zəmanət verir.

SƏYAHƏTÇİNİN SIĞORTA ŞƏHADƏTNAMƏSİ AŞAĞIDAKI XƏRCLƏRİ ÖDƏYİR:

* həkim xidmətləri və təyin edilmiş dərman vasitələrinə dair xərcinin ödənilməsi;
* klinikaya tibbi daşınma ilə bağlı xərclərin, o cümlədən, stasionar şəraitdə qalma, müayinə və müalicə xərclərinin (əməliyyat xərcləri də daxil olmaqla) ödənilməsi;
* təcili stomatoloji xidmət haqqının ödənilməsi;
* aparılmış müalicədən sonra vətənə təxliyyə ilə əlaqəli xərclərin ödənilməsi;
* nəzarətsiz qalmış həddi-buluğa çatmamış uşaqların vətənə təxliyyə edilməsi ilə əlaqəli xərclərin ödənilməsi;
*baqajın itməsi və ya zədələnməsi;
*səyahətin ləğv edilməsi dayandırılması və ya gecikməsi;
*sığorta olunanın yaxın qohumunun nəqliyyat və oteldə qalma xərcləri;
* sığorta şəhadətnaməsinin kateqoriyası ilə uyğun olan digər xərclərin ödənilməsi.


Tibbi xərclər ya bilavasitə tibb müəssisəsinə ödənilir və yaxud , sığorta olunan tərəfindən ödənildiyi təqdirdə, asistans mərkəzi ilə öncədən razılaşdırılma şərtilə birbaşa müştərinin özünə qaytarılır.

Paylaş:




PARTNYORLAR

X
SİZƏ ZƏNG ETMƏYİMİZ ÜÇÜN NÖMRƏNİZİ QEYD EDİN



x

SORĞU GÖNDƏRİLDİ

Sizin sorğunuz göndərildi.Menecerimiz çox yaxın zaman da sizinlə əlaqə yaradacaq!


Bizi seçdiyiniz üçün təşəkkür edirik!